Haiti vudusu

Loa olan Loko Atisonun veve simvolunu təsvir edən payetli "drapo" bayrağı. Bu simvollar vudu ritualında mühüm rol oynayırlar.


Haiti vudusu — XVI–XIX əsrlərdə Haitidə inkişaf etmiş Afrika diaspor dini.[1] Bu, QərbiMərkəzi Afrikanın bir neçə ənənəvi dinləri ilə Roma katolisizmi arasında sinkretizm prosesi nəticəsində yaranmışdır. Dinə nəzarət edən heç bir mərkəzi orqan yoxdur. Vuduçular, vuduzanlar və ya serviterlər kimi tanınan praktiklər arasında çox müxtəliflik mövcuddur.

Haitililərin əksəriyyəti həm vudu, həm də Roma katolisizmini tətbiq edirlər. Onlar iki fərqli sistemi eyni vaxtda izləməkdə heç bir ziddiyyət görmürlər. Daha kiçik vuduçu icmaları başqa yerlərdə, xüsusən də ABŞ-dəki Haiti diasporu arasında mövcuddur. Həm Haitidə, həm də xaricdə vudu afrohaiti mənşəyindən kənara çıxmış, müxtəlif etnik mənşəyə malik şəxslər tərəfindən tətbiq olunmağa başlamışdır. Vudu tarixi boyu çoxlu tənqidlərlə üzləşmişdir. Buna görə də dəfələrlə "dünyanın ən yanlış anlaşılan dinlərindən biri" kimi təsvir edilmişdir.

  1. [https://web.archive.org/web/20141112125259/http://www.whatisvoodoo.com/haitian-vodou.html Arxivləşdirilib 2014-11-12 at the Wayback Machine]]

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search